Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


01 fevral 2023-ci il tarixində saat 10:00-da Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında AMEA RMİ-nin “Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin müdiri f.-r.e.d., professor Lətif  Xəlil oğlu Talıblı “Özlüelastiklik nəzəriyyəsi məsələsinin qoyuluşuna bir düzəliş” mövzusunda məruzə ilə çıxış edəcəkdir.

Müasir dövrdə özlüelastiklik nəzəriyyəsi məsələsinin qoyuluşunda müxtəlif təyinedici tənliklərdən, o cümlədən deformasiya prosesinə yığılan zədələrin təsirini nəzərə alan tənliklərdən istifadə olunur. Ancaq bu tənliklərin tədbiq oblastları və tədbiq sərhədləri açıq qalmışdır. Məruzədə bu boşluğun aradan qaldırılması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər