01/02/2023
Bu gün Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda RMİ-nin “Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin müdiri f.-r.e.d., professor Lətif Xəlil oğlu Talıblı “Özlüelastiklik nəzəriyyəsi məsələsinin qoyuluşuna bir düzəliş” mövzusunda məruzə etdi.
Müasir dövrdə özlüelastiklik nəzəriyyəsi məsələsinin qoyuluşunda müxtəlif təyinedici tənliklərdən, o cümlədən deformasiya prosesinə yığılan zədələrin təsirini nəzərə alan tənliklərdən istifadə olunur. Ancaq bu tənliklərin tədbiq oblastları və tədbiq sərhədləri açıq qalmışdır. Məruzədə bu boşluğun aradan qaldırılması nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.