Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Türkiyədə zəlzələdə ölənlərin sayı 1014-ə çatdı


Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Orhan Tatar zəlzələdən həyatını itirənlərin sayını açıqlayıb.

O bildirib ki, son məlumata görə zəlzələ nəticəsində 1014 nəfər həlak olub.

14:13

Türkiyə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 912-yə çatıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Onun sözlərinə görə, yaralıların sayı 5385-ə yüksəlib. Türkiyə lideri ölkənin cənub-şərqindəki zəlzələnin 1939-cu ildən bəri ən iri təbii fəlakət olduğunu bildirib.

R.T.Ərdoğan qeyd edib ki, doqquz mindən çox xilasedici zəlzələdən zərər çəkən bölgələrdə axtarış işlərinə qatılıb.

Xilas edilən vətəndaşların sayı 2470 olub. Zəlzələ nəticəsində ümumilikdə 2812 bina dağılıb.

11:07

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb.

Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

F.Oktayın sözlərinə görə, yaralıların sayı 2323-ə yüksəlib. Zəlzələ nəticəsində 1710 bina dağılıb.

08:57

Türkiyədəki zəlzələdə ölənlərin sayı 76-ya çatıb.

Bununla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində 440 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dağıntılar yeddi vilayətdə qeydə alınıb.

08:44

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatıb.

Bununla bağlı “Haber Global” məlumat yayıb.

Bildirilib ki, Malatya bölgəsində zəlzələ nəticəsində 140 bina dağılıb, azı 23 nəfər ölüb, 420 nəfər isə xəsarət alıb.

Bundan başqa, Şanlıurfada 18 bina dağılıb, 17 nəfər həlak olub.

Osmaniyedə isə 34 bina yerlə yeksan olub, beş nəfər həyatını itirib.

İlkin məlumatlara görə, Diyarbəkirdə isə altı nəfər həlak olub.

06:59

Türkiyənin Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz ərazidə zəlzələdən ölənlərin ilkin sayını açıqlayıb.

Bildirilib ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.

Ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.

oxu.az

Faydalı linklər