Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Lp(T), 1 ≤ p < ∞, fəzalarında bəzi funksiyalar siniflərində triqonometrik Furye sıralarının müntəzəm yığılma tərtibləri" mövzusunda Ümuminstitut seminarı keçirilib


Fevralın 17-də AMEA Riyaziyyat və Mexanika institutunda “Lp(T), 1 ≤ p < ∞fəzalarında bəzi funksiyalar siniflərində triqonometrik Furye sıralarının müntəzəm yığılma tərtibləri” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n., dosent Niyazi İlyasov məruzə edib. Məruzədə Lp(T) – hamarlıq modulunun və ya Lp(T) – də ən yaxşı yaxınlaşmalar ardıcıllıqlarının majorantı ilə təyin olunmuş funksiyalar siniflərində triqonometrik Furye sıralarının xüsusi cəmlərinin müntəzəm metrikada meylinin dəqiq tərtibi məsələsinə baxılıb.

Faydalı linklər