Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Zəlzələ qurbanları Riyaziyyat və Mexanika İnstitutunda bir dəqiqəlik sükutla yad edildi


Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının təşkilatçığı ilə keçirilən iclasda Türkiyədə baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişmiş Türk qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qurumun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov qardaş Türkiyə Respublikasında baş vermiş, böyük insan tələfatı olduğunu bildirib və dağıntılarla nəticələnmiş dəhşətli zəlzələ nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyir.

Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülür. Bununla əlaqədar olaraq, zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədi ilə institutumuzun əməkdaşları əmək haqqının verilən məbləğindən müəyyən qədər tutulmasına etiraz etmirlər.

ALLAH RƏHMƏT ELƏSİN

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər