14/02/2023
15 fevral 2023-ci il tarixində saat 10:00-da Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək. Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., dosent İbrahimov Elman Cavanşir oğlu “Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiya və kəsr inteqral operatorlar üçün güclü və zəif tipli bərabərsizliklər” mövzusunda məruzə ilə çıxış edəcəkdir.
Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiya və kəsr inteqral operatorlar üçün güclü və zəif tipli bərabərsizliklər haqqında danışılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.