Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

MSN-in Elmi-Tədqiqat İnstitutu ilə ETN-in Riyaziyyat və Mexanika İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalanıb


Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Fevralın 8-də Elmi-Tədqiqat İnstitutunda baş tutan imzalanma mərasimində ETİ-nin direktoru, professor Mürsəl Əliyev, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və hər iki tərəfin məsul işçiləri iştirak ediblər.

İmzalanmış Memorandumda Elmi-Tədqiqat İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları arasında birgə elmi-texniki konfransların təşkili, həyata keçirilən innovativ layihələrə gənc mütəxəssislərin, təcrübi-konstruktor işlərinə istedadlı alimlərin cəlb olunması nəzərdə tutulub.

Tədbir zamanı elmi-tədqiqat işlərinin aparılması məqsədi ilə laboratoriyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, nəzəri biliklərlə istehsalat təcrübəsinin qarşılıqlı vəhdəti, elmtutumlu riyazi proqramlama və hesablamaların elmi-tədqiqat işlərinə tətbiqinə dair birgə səylərin göstərilməsi qərara alınıb.

www.mdi.gov.az

Faydalı linklər