Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İngilis fiziki, həkim və astronomu Tomas Yunq…


Bəşəriyyət tarixində yetişmiş elm dahilərindən biri olan Yunq İngiltərənin kiçik Milverton şəhərində anadan olub. Onun yaradıcılığı da kiçik yaşından elm aləminə irəliləməsi kimi təəccüblüdür…

İlk yaşında cəld oxumağı bacaran Yunq, dörd yaşında ikən bir çox ingilis yazıçılarının əsərlərini və latın dilində olan bəzi şeirləri əzbərdən bilirmiş. 6 yaşında ədəbiyyat oxumuş, 8 yaşında isə yer ölçmə məsələləri ilə maraqlanmış, hündürlük və məsafələri təyin etməyi öyrənmişdir. 9 yaşından 12 yaşına qədər Kompton pansionunda professor Tomsonun yanında yaşayan gələcəyin dahisi bu dövrdə Roma və Yunan klassiklərini, fransız, italyan və s. dillərini öyrənmişdir. 14 yaşlı Yunq 10-a qədər dil bilirmiş. Botanika və təbabətlə də maraqlanan dahinin bu sahələrdə xidmətləri böyükdür.

Fizikaya “Enerji” terminini birinci dəfə Yunq daxil etmişdir. O, elmin bir çox sahələrinə: mexanika, optika, akustika, istilik, fizioloji optika, texnologiya, astronomiya, gəmiqayırma, geofizika, təbabət, botanika, zoologiya və s. aid əsərlər yazmışdır.

Yunq musiqi nəzəriyyəsini çox gözəl bilirmiş və demək olar ki, bütün musiqi alətlərində sərbəst ifa etməyi bacarırmış. Onun elmi xidmələrindən biri işığın interferensiya prinsipini kəşf etməsidir. O, birinci olaraq ağ işıq spektrində qırmızı rəngin dalğa uzunluğunun 0,7 mkm, bənövşəyi rənginki isə 0,42 mkm olduğunu hesablanmışdır. Bunula o, spektrometriyanın başlanğıcını qoymuşdur. Təbiətdə olan cisimlərin özünəməxsus rənglərdə görünməsinin səbəbini Yunq izah etmişdir.

Çox təvazökar və ağır təbiətli biri olan fizik insanlarla ünsiyyət qurmağı sevməyib. Daim özünə qapanan Yunq qadınlarla da münasibət qurmaqda çətinlik çəkib. Qonşuluğunda yaşayan Eliza Maksvel adlı xanımla evlənən 31 yaşlı dahi fizikin heç vaxt övladı olmayıb. Ömrünün sonuna qədər xanımına sadiq olan Tomas Yunq 55 yaşında ürəktutması səbəbindən dünyasını dəyişib.

Elenora Həsənova

“Respublika”

Faydalı linklər