Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alimin məqaləsi Oksford Universitetinin jurnalında dərc olunub


Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n. Namiq Quliyevin müəllifi olduğu məqalə Oksford Universiteti tərəfindən dərc olunan “The Quarterly Journal of Mathematics” jurnalında çap olunub.

Bessel tipli sinqulyarlıqlar və spektral parametrdən asılı olan sərhəd şərtləri bir medalın iki üzüdür” adlı məqalədə göstərilmişdir ki, Bessel tipli sinqulyarlıqlara spektral parametrin “mənfi sayda polyusu olan” rasional Nevanlinna funksiyasından asılı sərhəd şərtləri kimi yanaşmaq olar. Daha dəqiq desək, hər bir uc nöqtə​​sində ya Bessel tipli sinqulyarlığı, ya da spektral parametrin rasional Nevanlinna funksiyasından asılı olan sərhəd şərti olan birölçülü Şrödinger operatorlarına vahid şəkildə baxılmışdır və bu cür məsələlər arasında Darbu tipli çevirmələr təyin olunmuşdur. Xüsusi halda, bu çevirmələr sərhəd şərtlərində spektral parametr olan məsələlərə aid hər hansı spektral nəticəni Bessel tipli sinqulyarlığı olan məsələlər üçün almağa (və ya əksinə) imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər