Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Cəbr və Riyazi məntiq” şöbəsinin aparıcı elmi işçisi Məmmədov Eminağa “Banax funksional və Banax–Sobolev fəzalari ilə bağli struktur teoremlər və bəzi klassik teoremlərin analoqlari” mövzusunda məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda Cəbr və Riyazi məntiq” şöbəsinin aparıcı elmi işçisi Məmmədov Eminağa “Banax funksional və Banax–Sobolev fəzalari ilə bağli struktur teoremlər və bəzi klassik teoremlərin analoqlari”  mövzusunda məruzə etdi.

Məruzədə Banax funksional fəzaları, onların xüsusi tip altfəzaları, müəyyən hallarda belə altfəzaların riyazi təsviri, ümumiləşmiş Banax-Sobolev fəzaları və onların xüsusi tip altfəzları, əvəzetmə operatoru, genişlənmə operatoru, kompaktlıq kriteriyaları, fəzaların kompakt daxilolmaları, ekvivalent normalar, bəzi bərabərsizliklər, elliptik operatorlar üçün daxili tip Şauder qiymətləndirmələr kimi məsələlərə toxunulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər