24/02/2023
1 mart 2023-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, f.-r.e.n., dosent Niyazi Ələddin oğlu İlyasov “İkinci tərtib kəsilməzlik modulunun üzərinə bir şərt qoyulmuş cəmlənən periodik funksiyaların müxtəlif xassələri haqqında” mövzusunda məruzə edəcəkdir.
İkinci tərtib kəsilməzlik modulunun verilmiş majorantı ilə təyin olunmuş 2π-periodik cəmlənən funksiyalar sinfində onların müxtəlif xassələrini xarakterizə
edən bir sıra kəmiyyətlərin dəqiq azalma tərtibləri tapılmışdır. Müəyyən edilmişdir ki, bütün bu kəmiyyətlərin azalma tərtibi eynidir (majorantın üzərinə qoyulmuş yeganə şərtlə) və yalnız bir ekstremal funksiya ilə realizə olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.