Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

24 fevral “Apple” fərdi kompüterinin yaradıcılarından biri Stiven Pol Jobs anadan olub


Bu gün amerikalı sahibkar, Apple kompüter imperiyasının banisi və rəhbəri, texnologiya sənayesinin inkişafındakı əvəzsiz xidmətlərinə görə bütün dünyada məşhur olan və bir çox mükafatlara layiq görülən  Steve Jobs-un doğum günüdür. Onu tez-tez “rəqəmsal inqilabın atası” adlandırırdılar.

Bundan başqa o, innovativ məhsulları yeni inkişaf səviyyəsinə çatdıran istedadlı administrator və parlaq natiq idi.  Steve Jobs  kimi məşhur olan Steven Paul  Jobs 1955-ci il fevralın 24-də ABŞ-ın San-Fransisko şəhərində anadan olub.

Stiv Jobs məktəbi bitirdikdən sonra Portlandda olan Reed Kollecinə qəbul oldu, amma ilk smestri bitirmədən ayrıldı. Təhsili yarımçıq qoyduqdan sonra yataqxanadakı şüşə və qutuları yığıb sataraq pul qazanır və Hare Krishna məbədində paylanan pulsuz yeməklərlə gününü keçirirdi. Eyni vaxtda bəzi dərslərə də girirdi. Gələcək illərdə bu dərslərin köməkliyi ilə Mac kompüterlərdə istifadə olunan bütün yazı fontlarının təməlini meydana gətirdiyini ifadə edəcəkdi.
1974-ci ildə Kaliforniyaya qayıdaraq Homebrew Kompüter klubunda Stiv Vozniak ilə birlikdə işə başladı. Eyni zamanda dövrün ən böyük video oyunları istehsalçısı Ataridə oyun yaradıcısı olaraq işləyirdi. Bu işdə çalışdığı dövrdə yığdığı pullarla kollec yoldaşı Daniel Kottke ilə birlikdə Hindistana bir ziyarət təşkil edən Jobs, burada Buddizm ilə tanış oldu.

Lakin şirkət içərisində yaşanan problemlərdən sonra 1985-ci ilin mayında, öz qurduğu şirkətindən digər işçilər və idarəçilər tərəfindən qovularaq Apple arzusuna bir müddət ara vermək məcburiyyətində qaldı.

Beləliklə, 1976-cı ildə “Apple Computer Co.” şirkətinin əsasını qoyuldu. Şirkətin ilk böyük sifarişi yerli elektronika mağazası üçün 50 Apple I kompüterinin hazırlanması oldu. Yarım ildən sonra Voznyak və Jobs dünyada ilk kütləvi fərdi kompüter olan Apple II-ni təqdim etdirlər. 80-ci illərin sonlarında artıq şirkət milli səviyyədə tanınmağa başlamışdı. 25 yaşlı Jobs-un  şəxsi kapitalı isə 200 milyon dollar idi.

Növbəti illərdə S.Jobs 2 yeni şirkətin, NeXT və Pixar-ın əsasını qoydu. Nəticədə Pixar dünyanın ən uğurlu animasiya studiyası oldu. 2001-ci ildə Apple dünyada ilk iPod pleyerini təqdim etdi. Onun satışları cəmi 1 il sonra şirkətin əsas gəlir mənbəyinə çevrildi. 2006-cı ildə Apple TV-nin şəbəkə multimedia pleyeri satışa çıxarıldı.

2007-ci ildə dünyaca məşhur iPhone-un satışlarına start verildi. Növbəti ildə isə şirkət rəhbəri dünyada ən nazik noutbuku – MacBook Air-i nümayiş etdirdi.

Stiv Jobs 2004-ci ildə qaraciyər xərçəngi oldu, amma xəstəliyə qalib gəldi. Daha sonra bu xəstəlikdən qalan yan təsirlərdən ötəri bir müddət müalicə aldı və 2011-ci il 5 oktyabr tarixində Kaliforniyada vəfat etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər