Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, f.-r.e.n., dosent Niyazi Ələddin oğlu İlyasov “İkinci tərtib kəsilməzlik modulunun üzərinə bir şərt qoyulmuş cəmlənən periodik funksiyaların müxtəlif xassələri haqqında” mövzusunda məruzə edib


Bu gün Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda RMİ-nın “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, f.-r.e.n., dosent Niyazi Ələddin oğlu İlyasov “İkinci tərtib kəsilməzlik modulunun üzərinə bir şərt qoyulmuş cəmlənən periodik funksiyaların müxtəlif xassələri haqqında” mövzusunda məruzə etdi.

İkinci tərtib kəsilməzlik modulunun verilmiş majorantı ilə təyin olunmuş 2-periodik cəmlənən funksiyalar sinfində onların müxtəlif xassələrini xarakterizə edən bir sıra kəmiyyətlərin dəqiq azalma tərtibləri tapılmışdır. Müəyyən edilmişdir ki, bütün bu kəmiyyətlərin azalma tərtibi eynidir (majorantın üzərinə qoyulmuş yeganə şərtlə) və yalnız bir ekstremal funksiya ilə realizə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər