Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda, Müdafiə Sənayesi Nazirliyi Elmi Tədqiqat İnstitutunun bir qrup əməkdaşı ilə seminar keçirildi


Martın 2-də Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda, Müdafiə Sənayesi Nazirliyi Elmi Tədqiqat İnstitutunun bir qrup əməkdaşı ilə ilk birgə seminar keçirildi.Seminarda institutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, AMEA-nın müxbir üzvləri, professorlar Kamil Aydazadə, Qeylani Pənahov, texnika elmləri üzrə fəlsəfə doktoru Zakir Zabidov, professorlar Elxan Abbasov, Fərman Məmmədov, qonaqlar tərəfdən MSN-nin Elmi Tədqiqat İnstitutunun direktor müavini, baş mühəndis  Əflatun Məmmədov, elmi katib Rasim Niftullayev, Şöbə müdirləri Sevinc Məmmədova və Zülfiyyə Babayeva çıxış edərək bir ay öncə iki müəssisə arasında imzalanmış Memerandumun həyata keçirilməsi istiqamətində Riyaziyyat və Mexanika İnstitutu əməkdaşlarının görəcəyi işləri müəyyən etmiş, qarşıda duran məsələlər haqqında geniş müzakirələr aparmışlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər