10/03/2023
10 mart 2023-cü il Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Elmi şuranın iclası keçirilib. Tədbirdə institutun rəhbərliyi, şura üzvləri və digər əməkdaşlar iştirak ediblər.
İclası İnstitutun baş direktoru, Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib. Alim 2023-cü ildə İnstitutda keçiriləcək konfrans, tədbirlər, aparılacaq elmi tədqiqat işlərinin planından bəhs edib.
Daha sonra Riyaziyyat və Mexanika İnstitutunda magistrantların birinci semesterin attestasiyası keçirilmişdir.
Sonda gündəlikdən irəli gələn cari məsələlərə baxılıb, müzakirələr aparılaraq müvafiq qərarlar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.