Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib


Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri,  AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev müəllifi olduğu məqalə çap olunub. Məqalə “Positivity” (https://www.springer.com/journal/11117/) (WoS, IF-0.853)  Q3 yüksək  impakt faktorlu jurnalda dərc edilib.

“Ümumiləşmiş çəkili Morri fəzalarında Dini tipli nüvəli multixətti Kalderon-Zigmund operatorlarının komutatorları və tətbiqləri”  adlı məqalədə

ümumiləşmiş çəkili Morri fəzalarında Dini tipli nüvəli multixətti Kalderon-Zigmund operatorları və onların kommutatorlarının məhdudluğu araşdırılmışdır. Həmçinin ümumiləşmiş çəkili Morri fəzalarında Dini tipli nüvəli multixətti Kalderon-Zigmund operatorları və onların kommutatorlarının məhdudluğu üçün kafi şərtlər tapılmışdır. Tətbiq olaraq ikixətti pseudo-diferensial operatorların təkrarlanan komutatorları və mülayim requlyarlığı olan paraprodaktlar üçün multixətti çəkili Morri qiymətləndirmələri verilmişdir.

Məqaləni oxumaq üçün linkə keçid edin:

https:// https://link.springer.com/article/10.1007/s11117-022-00963-5

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər