Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Tokio hava limanında ən böyük günəş paneli quraşdırılacaq


2024-cü ilə qədər Tokionun Narita hava limanının ərazisində sahəsi təxminən 200 hektar olan günəş paneli quraşdırılacaq.

Məlumata görə, bu, dünyada hava limanlarında quraşdırılmış ən böyük günəş paneli olacaq. Layihəyə əsasən, onun gücü 180 MVt olacaq. O, Narita hava limanının ümumi enerji tələbatının təxminən 40 faizini ödəyə biləcək. Nəhəng günəş panelinin yaradılması və quraşdırılması ilə hava limanının idarəedici şirkəti və “Tokyo Gas” korporasiyası birlikdə məşğul olacaq. Onlar bu layihə üçün vençur şirkət də təsis ediblər. Layihə enerji təhlükəsizliyinin artırılmasına və hava limanının dekarbonlaşdırılmasına yönəldilib.

azertag.az

Faydalı linklər