Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


12 aprel 2023-cü il tarixində, saat 10:00-da RMİ-nin ümuminstitut seminarında f.-r.e.n., dosent Elvin İbrahim oğlu Əzizbəyov İkiölçülü parabolik tənlikdə sağ tərəfin və zamandan asılı əmsalların eyni vaxtda təyin olunması” mövzusunda məruzə edəcəkdir.

Məruzədə tərs məsələlər, onların təsnifatı, tətbiq sahələri və son dövrdə bu sahədə aparılan elmi-tədqiqat işlərinin mövcud vəziyyəti haqqında məlumat veriləcək, ikiölçülü parabolik tənlik üçün qeyri-lokal şərtli tərs sərhəd məsələsinin klassik həllinin varlığı və yeganəliyi göstəriləcəkdir. Bu məqsədlə, əvvəlcə baxılan məsələ müəyyən verilənlər daxilində köməkçi məsələyə gətirilir və köməkçi məsələnin qoyulan məsələyə ekvivalentliyi isbat olunur. Sonra Furye üsulunun köməyi ilə köməkçi məsələ inteqral tənliklər sistemi şəklində göstərilir və alınan inteqral tənliklər sisteminin həllinin kiçik zaman anı üçün varlığı və yeganəliyi isbat edilir. Daha sonra isə baxılan tənlik və sərhəd şərtləri diskretləşdirilərək bəzi ədədi həllər qurulur, nümunə misallar üçün taplan ədədi həllər cədvəl şəklində verilir və MatLab riyazi proqram paketindən istifadə edərək uyğun qrafiklər nümayiş olunur.

Arzu edənlər seminarda iştirak edə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər