04/03/2015
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Möhkəmləndirilmiş anizotrop silindrik örtüyün mühitlə rəqsləri və dayanıqlığı” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Dalğa dinamikası” şöbəsinin əməkdaşı f-r.e.d, prof. Fuad Lətifov məruzə edib.
Məruzədə möhkəmləndirilmiş anizotrop silindrik örtüyün özlü-elastiki mühitlə birgə rəqsləri, möhkəmləndirilmiş anizotrop, qeyri-bircinc silindrik örtüyün maye ilə birgə rəqsləri, möhkəmləndirilmiş anizotrop silindrik örtüyün özlü-elastiki mühitlə həndəsi qeyri-xətti rəqsləri, möhkəmləndirilmiş anizotrop silindrik örtüyün özlü-elastiki mühitlə parametrik rəqsləri məsələlərindən danışılıb.