Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


11.03.2015-cü il saat 10:00-da Ümuminstitut seminarında Türkiyənin Atatürk Universiteti, Fənn fakültəsinin professoru  Arif Səlimov “Anti-Hermit həndəsənin inkişafında son nəticələr” mövzusunda məruzə edəcəkdir.

Siqnaturası neytral olan qoşma Norden metrikasının ödədiyi Kodassi tənliyinin vasitəsilə Hermit çoxobrazlılarının alt sinifi olan anti-Keler-Kodassi çoxobrazlıları müəllif tərəfindən daxil edilmişdir.  Daha sonra Ricci-ulduz tenzorları təyin edilərək, onların köməkliyi  ilə anti-Keler-Kodassi çoxobrazlılarının xarakteristikası verilmişdir. Anti-Keler-Kodassi çoxobrazlılarının  tədqiqatında istifadə olunan burulmasız metrik Levi-Civita rabitəsi ilə yanaşı,  burulması olan metrik rabitələrin də önəmli rolunun olduğuna diqqət verilmişdir. Yuxarıdakıları əsas götürməklə məruzədə bu cür metrik rabitələrin kontekstində anti-Hermit çoxobrazlılarının bəzi yeni xüsusiyyətləri haqqında danışılacaq.

Faydalı linklər