Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Dalğa dinamikasi” şöbəsinin fizika-riyaziyyat elmləri doktoru, dosent Nazilə Bilal qızı Rəsulova “Elastodinamikanın müstəvi məsələlərinin kompleks dəyişənli analitik funksiyalarla ifadəsi” mövzusunda məruzə edib


Bu gün AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. RMİ-nin ümuminstitut seminarında “Dalğa dinamikasi” şöbəsinin fizika-riyaziyyat elmləri doktoru, dosent Nazilə Bilal qızı Rəsulova Elastodinamikanın müstəvi məsələlərinin kompleks dəyişənli analitik funksiyalarla ifadəsi mövzusunda məruzə edib.

Məruzədə işdə hiperbolik tipli  diferensial tənliklər sistemi həllərinin, kompleks dəyişənli analitik funksiyalarla ifadəsi nümayiş etdirilir. Xüsusi halda çevik membrana dairəvi olmayan konusla zərbə məslələsi həll edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər