01.04.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, r.ü.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “ Sərhəd şərtlərinə spektral parametr daxil olan Şturm-Liuvill operatorunun spektral xassələri” mövzusunda məruzə edəcəkdir.
Sərhəd şərtlərinin hər ikisinə spektral parametr daxil olan Şturm-Liuvill məsələsinə baxılır. Bu məsələ Hilbert və ya Pontryagin fəzasında öz-özünə qoşma operator üçün məxsusi qiymət məsələsinə gətirilir. Hilbert və indefinit metrikalı fəzalarda operatorların spektral nəzəriyyəsinin və analitik üsulların köməyi ilə məsələnin məxsusi ədədlərinin kompleks müstəvidə (həqiqi oxda) yerləşmə-sinin ümumi xarakteristikası verilir, məxsusi və qoşulmus funksiyalarının alt fəzalarının strukturu və məxsusi funksiyalarının osillyasiya xassələri öyrənilir. Bundan başqa, məxsusi və qoşulmus funksiyalar sisteminin alt sistemlərinin fəzalarında bazis əmələ gətirməsi üçün kafi şərtlər tapılır.