Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dahilərin dünyaya fərqli baxışı


Bu yazıda məşhurların maraqlı həyat tərzlərindən bəhs edəcəyik və bu barədə topladığımız maraqlı məlumatları təqdim edirik.

Con Lenon

Əfsanəvi ingilis kvarteti “Bitlz”qrupunun məşhur solisti Con Lennon dənizi hədsiz dərəcədə çox sevirdi. Her şey belə başlayır. O,1975-ci ildə yaradıcılıq böhranı keçirir və müəyyən müddət ərzində mahnı bəstələyə bilmir. 1980-ci ildə “Megan Jaye” adlı yaxtanı icarəyə götürərək Bermud adalarına səyahətə gedir. Səyahət zamanı fırtına baş verir və yaxtanın gücdən düşmüş kapitanını Lennon özü əvəz edir. Bu hadisə onun həyatında yeni səhifə açır. Səyahətdən qayıdan musiqiçi müsahibəsində deyir: “Ətrafda yalnız səma və dənizin olması hissi qeyri-adi bir atmosferdir. Özünü tənha hiss etdiyin məqamda həqiqi azadlığın nə olduğunu başa düşürsən”. Bermud adaları ətrafında keçirdiyi 7 həftəlik səyahətdən sonra musiqiçiyə yeni nəfəs verir. Deyilənlərə görə, yeni hobbisi onun həyatını tamamilə dəyişir və o, bir-birinin ardınca hit mahnılar bəstələyir.

Erik Sati

Məşhur fransız bəstəkarı və pianoçusu Erik Satinin bir çox qəribəlikləri var idi. Bu qəribəliklərdən biri o idi ki, Sati çox davakar insan idi. Sati dostları olan məşhur bəstəkarları bəzən tərifləyirdi, sonra da onları sərt şəkildə tənqid edirdi. Bəstəkar nəinki dostlarına , hətta qidalara qarşıda çox seçici idi. O, yalnız ağ rəngdə olan məhsulları yeyirdi (yumurta, şəkər, duz, hindistan cevizi, düyü və s.) Hər gün eyni vaxtda oyanan bəstəkar, eyni vaxtda yemək yeyib,eyni vaxtda da yatırdı.

Nikola Tesla

Məşhur ixtiraçı Nikola Tesla hər gecə ayaq barmaqları ilə məşq edərdi. Yazıçı Marc J Seiferin qeydlərində bildirir ki , o, hər ayağının barmaqlarını 100 dəfə sıxıb açmamış yuxuya getməzmiş. Tesla, bunun beyin hüceyrələrinə təkan verdiyini deyirdi.

İosif Hayd

Avstriya bəstəkarı İosif Haydn Prusiya kralı II Fridrixin ona bağışladığı üzüyünü barmağına taxmamış musiqi bəstələməzdi.

Con Milton

Böyük ingilis şairi Con Milton başını arxa tərəfə əyməmiş şeir yaza bilməzmiş.

Paul Erdos

20-ci əsrin ən məhsuldar riyaziyyatçısı Paul Erdos daha çox işləyə bilmək üçün qəribə bir üsula əl atarmış. Deyilənlərə görə, o, amfetamindən istifadə edib. Beləliklə o, iyirmi saat işləyə bilirmiş.

Nyuton

Həyatı kitablardan ibarət olan Nyutonun ən önəmli özəlliyi qeyd aparmaq vərdişi idi. Dahi fizik oxuduğu kitabların səhifələrində qeydlər edərək boş yer buraxmaz və bundan əlavə, ayrıca dəftərdə qeydlər tutardı.

Jan Jak Russo

Fransız filosofu, sosialist Jan Jak Russo yalnız qızmar günəş altında ot çalarkən ən dərin mühakimə yürüdə bilərdi.

Edvard Qriq

Romantik dövrün ən məşhur Norveç bəstəkarı, musiqi xadimi, pianoçu və dirijor Edvard Qriq bütün dünyaya Henri İbsenin “Per Gyunt” dramına bəstələdiyi musiqi ilə tanınıb. İnsanlarla ünsiyyət qura bilməyən bəstəkarın ən böyük qəribəliklərindən biri o idi ki, pencəyinin cibində gildən düzəldilən qurbağa saxlayırdı. Hər tamaşa öncəsi pencəyinin cibindən qurbağanı çıxaran Qriq onun belini sığallayırdı. Həmin qurbağa onun uğur gətirən talismanı idi.

Elizabet Bşion

Şairə Elizabet Bşion yatmamışdan qabaq rokfor pendiri yeyərdi. Düşünürdü ki, bunun nəticəsində yaxşı yuxular görəcək, bu isə öz növbəsində onu gözəl şeirlər yazmağa ruhlandıracaq.

İmmanuil Kant

İmmanuil Kant bütün həyatı boyu dəqiqliyi ilə seçilib. Yuxu, istirahət, iş rejiminə o qədər dəqiq əməl edib ki, hətta qonşuları onun gəzməyə belə günün hansı saatında və dəqiqəsində çıxdığını bildikləri üçün Kant evdən çıxarkən saatlarını düzəldirmişlər.

Mikelancelo Buonarroti

Mikelancelo Buanarroti məşhur  heykəltəraş, rəssam, memar və italyan intibahının ən böyük rəssamlarından biridir. Qeyri-adi iş qrafiki ilə seçilən rəssam demək olar ki, bütün günü işləyirdi. O, aylarla çimmirdi, paltarını və hətta ayaqqabısını çıxarmadan yatırdı. Çox maraqlıdır ki, bu cür həyat tərzi sürən insan 89 yaşında vəfat etdi.

Çarlz Dikkens

Çarlz Dikkens yazı masasının arxasında əyləşərkən üzünü şimal tərəfə çevirərdi. O belə zənn edirdi ki, Şimal qütbünün maqnit sahəsi yaradıcılığa müsbət təsir edir.

Devid Çeriton

Kompüter dahisi olan milyarder Devid Çeriton bir paket çayı iki dəfə istifadə edir. O, bahalı restoranlara yolu düşərsə, yarım porsiyadan artıq yemək sifariş vermir. Bahalı avtomobillər əvəzinə velospied sürməyə üstünlük verir. Maşın lazım olarsa, 1986-cı ildə aldığı “Volkswagen” mikroavtobusundan istifadə edir.

Bethoven

Gənclik illərində Bethoven tez-tez başına soyuq su tökürdü, çünki fikirləşirdi ki, etdiyi bu qəribə hərəkət  beynin fəaliyyətini stimullaşdırır.

Buast

Məşhur fransız izahlı lüğətini tərtib edən Buast ciddi şəkildə mənəviyyat məsələlərində ciddi mühafizəkar idi və öz lüğətindən də bütün əxlaqsız terminləri çıxarmışdı.

Virciniya Vulf və Fridrix Nitsşe

Virciniya Vulf və Fridrix Nitsşeni birləşdirən yeganə cəhətlərdən biri də odur ki, onlar əsərlərini ayaqüstü yazmağa üstünlük verirdilər. Məşhur yazıçıların düşüncələrinə görə, mükəmməl bir əsər yaratmaq üçün mütləq ayaqüstündə durmaq lazımdır.

Lev Tolstoy

Məşhur rus yazıçısı Tolstoy cəmiyyətin yuxarı təbəqələrindən olsa da, lakin həmişə sadə insanların həyatı ilə maraqlanıb. Bütün sərvətindən imtina edən yazıçı kəndə köçərək orada yaşamağa başlayıb. O, hətta Nobel mükafatından imtina etmişdi. Onun sözlərinə görə, böyük sərvətə sahibi olmaq həddindən artıq çətindir və pul insanın həyatını tamamilə dəyişərək, ona yalnız bədbəxtlik gətirir.

ikisahil.az

Faydalı linklər