Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi-texniki yeniliklər


Qeyri-adi ixtira

Son dövrlər texnologiyanın inkişafı sayəsində qeyriadi ixtiraların şahidi oluruq. Bu dəfə də elm adamları hər kəsi təəccübləndirəcək yeni bir ixtiraya imza atıblar. Belə ki, amerikalı alimlər dil vasitəsilə idarə olunan kompüter siçanı ixtira ediblər. Hazırda mövcud olan, ənənəvi cihazlardan fərqlənən bu cihaz hərəkət məhdudiyyətli  insanlar üçün nəzərdə tutulub.

Məhsul xüsusilə iflic nəticəsində telefon və kompüter kimi cihazları əlləri ilə idarə edə bilməyən insanlar üçün hazırlanıb. Dil hərəkətləri ilə idarə olunan “Mouthpad” adlı cihaz ağız boşluğuna yerləşdirilir və hər hansı bir proqram quraşdırılmasına ehti-yac olmadan Bluetooth vasitəsilə ötürülür.

Sağlamlıq baxımından da heç bir risk daşımayan  cihaz stomatoloji məhsulların istehsalında istifadə olunan xüsusi materiallardan hazırlanmışdır. Onu da qeyd edək ki, cihaz “MacOS”, “iOS”, “Windows”, “Linux” və “Android” əməliyyat sistemlərinə uy-ğun çalışır. Xüsusi qutuya yerləşdirilən “Mouthpad” təxminən 2 saata yaxın şarj oluna bilir və 5 saata qədər istifadə imkanına malikdir.

Karbon qazından qida məhsulları alına bilər

Almaniyalı alimlər karbon (CO2) qazının təkrar emal üsulunu tapıblar. Belə ki, elm adamları sözügedən qazdan qida zülalının yaradılmasını təklif ediblər. Alimlərin fik-rincə, bu üsulla gələcəkdə insanları qida məhsulları ilə təmin etmək mümkün ola bilər.

Kənd təsərrüfatı heyvanlarının yemlərində və eləcə də insanların qidalarında istifadə edilən süni zülalın istehsalı üçün bəzi amin turşularına ehtiyac duyulur. Münhen Tex-niki Universitetinin alimləri  Lalanin adlı amin turşusunu sintez etmək üçün biokim-yəvi reaksiya fikirləşiblər. Onlar, həmçinin digər amin turşularının da sintezi üçün nəzərdə tutulmuş kimyəvi reaksiyalar formalaşdırmağı hədəfləyirlər.

Lalanin adlı amin turşusunun sintezi üçün olan biokimyəvi reaksiyanın əsasında metanol dayanır. Lakin söhbət, adi metanoldan getmir.

Bu cür biokimyəvi reaksiyada bərpaedilən enerji mənbələri vasitəsilə CO2-dən əldə edilmiş “yaşıl” metanol istifadə edilir.

Məlumatda qeyd edilib ki, amin turşularının və zülalların sintetik şəkildə istehsal prosesləri çərçivəsində bərpaedilən enerji mənbələrindən istifadə zamanı ətraf mühitə heç bir zərər yetirilmir. Alimlər tərəfindən təklif olunan bu üsul Yer kürəsinin çoxal-maqda olan əhalisinin  qida məhsullarına olan  tələbatını aradan qaldırmağa kömək edə bilər.

Xərçəng xəstəliyi süni intellektlə aşkarlanacaq

Kral Marsden Fondu, London Xərçəng Tədqiqatları İnstitutu və London İmperial Kollecinin alimləri xərçəngin dəqiq diaqnozunu qoya bilən süni intellekt modeli hazırlayıblar.

Xərçəng xəstəliyi  bütün dünyada ölümün ən çox görülən səbəblərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il  dünya üzrə təxmi-nən 10 milyona yaxın insan bu xəstəlik üzündən həyatını itirir. Lakin erkən diaqnoz və vaxtında müalicə ilə xəstəliyin qarşısını almaq mümkündür.

İngiltərəli alimlər tərəfindən hazırlanmış süni intellekt sistemi kompüter tomoqrafiyası (KT) əsasında aşkar edilən şişlərin xərçəng olubolmadığını müəyyən edə bilir. Elm adamları xərçəng şişlərini aşkar edən alqoritmin yazılması üçün 500ə yaxın xəstənin görüntülərindən istifadə ediblər.”eBioMedicine” jurnalında dərc edilən araş-dırmaya görə, süni intellekt alətindəki alqoritm mövcud üsullardan daha dəqiq işləyir.

“Ümid edirik ki, gələcəkdə bu süni intellekt yüksək riskli xəstələrin müəyyən edilməsini asanlaşdıracaq. Öz növbəsində, bu da yüksək riskli xərçəng xəstələrinin erkən aşkarlanması hesabına xəstəliyin müalicəsində daha böyük nailiyyətlər əldə edilməsinə imkan verəcək”, deyə tədqiqat müəlliflərindən biri  Benjamin Hanter qeyd edib.  Alim, həmçinin onu da qeyd edib ki, təcrübələr zamanı bu model xərçəng xəstəliklərinin erkən diaqnostikasında yüksək effektivlik göstərib.

Alqoritm hazırda ilkin hazırlanma mərhələsindədir və onun səhiyyə sistemində tətbiqi üçün əlavə tədqiqatlara ehtiyac var. Lakin alimlər hesab edirlər ki, xərçəngin erkən diaqnostikasında süni intellektin üstünlükləri artıq göz qabağındadır.

respublika-news.az

Faydalı linklər