Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


31 may 2023-cü il tarixində saat 10:00-da AR ETN Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. İnstitutun “Qeyri-harmonik analiz” şöbəsi r.e.d., dosent Telman QasımovSonlu parçada verilmiş adi differensial operatorların məxsusi funksiyalarının bazislik xassələriməruzə ilə çıxış edəcək.

Məruzədə sonlu parçada verilmiş adi diferensial operatorlar üçün iki nöqtəli, çoxnöqtəli və inteqral şərtləri ilə verilən sərhəd məsələlərinin requlyar və güclü requlyar sinifləri, onların müxtəlif funksional fəzalarda doğurduğu operatorların spektral xassələri haqqında məlumat veriləcəkdir.

Həmçinin, kəsilmə şərtləri ilə verilən və sərhəd və ya kəsilmə şərtlərinə spektral parametr daxil olan spektral məsələlərin məxsusi funksiyalarının bazislik xassələrini tədqiq etmək üçün mövcud metodlar haqqında və onların tətbiqi ilə alınmış nəticələr haqında məlumat veriləcəkdir.

Seminarda arzu edənlər iştirak edə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər