09/06/2023
14 iyun 2023-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, riyaziyyat elmləri doktoru, prof. Rəşid Əvəzağa oğlu Əliyev “Ridge funksiyaların cəmi ilə təsvirin bəzi məsələləri” mövzusunda məruzə edəcəkdir.
Məruzədə ridge funksiyaları haqqında ətraflı məlumat veriləcək, tətbiq sahələri göstəriləcək və ridge funksiyaların cəmi ilə təsvirin bəzi məsələləri: təsvirin hamarlığı haqqında A.Pinkus tərəfindən qoyulan problemin həlli və artımlar vasitəsilə təsvir meyarları qeyd olunacaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.