Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi izahı olmayan bu maraqlı hadisələr haqqında eşitmisinizmi?


Elm adamlarının az qala, bütün suallara cavabları var və əgər cavab yoxdursa, bunun necə işləməsi və ya baş verməsi barədə ən azı nəzəriyyələr var.

Plasebo effekti

Plasebo heç bir terapevtik təsiri olmayan “dərman”dır. Elm adamları uzun müddətdir ki, bu sirr üzərində baş sındırırlar. Bir insan həbdən necə canını qurtara bilər?

Çoxsaylı eksperimentlər göstərdi ki, bir insan bir həbin həqiqətən ona kömək edəcəyinə və güclü bir dərman olduğuna əmin olarsa, hətta dərmansız da sağala bilir. Bundan yalnız bir nəticə çıxarmaq olar – beyin bütün orqanizmin biokimyasına təsir göstərə bilər.

Niyə müxtəlif qan qrupları var?

Alimlər insan qanı haqqında demək olar ki, hər şeyi bilirlər. Ancaq bir sual hələ də cavabsız qalır: Niyə insanların qan qrupları fərqlidir və bütün bunların mənası nədir?

Qan qruplarının hər biri digərlərindən aqqlütininlərin (a və b) və aqqlütinogenlərin (A və B) olması ilə fərqlənir. Bəzi qan növləri transfüzyona uyğundur.

Belə çıxır ki, bir adamın qanı yüksək ehtimalla başqa bir şəxsə köçürülməyə yaramayacaq? Təbiət bunu niyə ortaya atdı və təkamül nöqteyi-nəzərindən bunun nə mənası var? Alimlər hələ də bu suala dəqiq cavab verə bilmirlər.

Niyə yuxu görürük?

İnsanların yarısı əmindir ki, yuxular sadəcə təsadüfi şəkillər toplusu, fantaziyamız və beyin impulslarımızdır. Digər yarısı əmindir ki, yuxu bizim təcrübələrimiz, problemlərimiz və dərin mənaları olan istəklərimizdir.

Amma heç kim sizə qəti cavab verə bilməz. Hətta  yuxuların tədqiqi ilə məşğul olan xüsusi bir elm var – onirologiya. Alimlər yalnız bir şeyə əmindirlər – yuxular insanların psixi vəziyyətinin nəticəsidir.

Qaranlıq materiya

Alimlər qaranlıq materiyanın kainatda nə qədər yer tutması ilə bağlı fikir ayrılığına malikdirlər. Bəziləri 70%, bəziləri 30% deyirlər. Bütün bunlar ona görədir ki, qaranlıq maddə görünmür və ya aşkarlana bilmir. Alimlər sadəcə bilirlər ki, hər qalaktikada yüksək ağırlıqda və görünməz bir şey var.

Qaranlıq maddənin varlığına dair ilk nəzəriyyələr və fərziyyələr təxminən 60 il əvvəl ortaya çıxdı. Lakin astronomlar hələ də onun hansı maddə olduğunu və ümumiyyətlə mövcud olub-olmadığını müəyyən edə bilmirlər. Bəs bu yoxdursa, qalaktikalardakı “artıq” kütlə haradan gəlir?

Alimlər nəfəs alan robot yaradıblar

Amerikanın “Thermetrics” şirkəti Arizona Dövlət Universitetinin (ADU) tədqiqatçıları üçün nəfəs alan, tərləyən və titrəyə bilən dünyada ilk robot yaradıb.

İstiliyə həssas ANDI robotu insan təri əmələ gətirən məsamələri olan 35 fərdi idarə olunan səthə malikdir. ASU tədqiqatçıları yüksək temperaturun insan orqanizminə necə təsir etdiyini başa düşmək üçün bu yay istiliyə həssas ərazilərdə bu texnologiya möcüzəsini sınaqdan keçirməyi planlaşdırırlar.

ANDI indi açıq havada istifadə oluna bilən ilk termal mankendir ki, bu da əvvəllər qeyri-mümkün olan həddindən artıq isti şəraitində eksperimentlərin aparılmasına, eləcə də günəş radiasiyasının təsirlərinin araşdırılmasına imkan verir.

Elmi irəliləyiş bununla da bitmir, çünki tədqiqatçılar bu yay birlikdə işləmək və insanın tərləmə mexanizmlərini daha yaxşı başa düşmək üçün ANDI-ni ASU-nun biometeoroloji termal robotu MarTy ilə birləşdirəcəklər.

ikisahil.az

Faydalı linklər