Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Google” intihar etmək istəyən istifadəçiləri müəyyən etməyə başlayacaq… “Şablon mətnlər böhran vəziyyətində olan insanlara yardım edəcək…”


Yaxın zamanlarda “Google” axtarış platforması intihar fikirli istifadəçilərin sorğularını aşkar edəcək və onlara əvvəlcədən yazılan mətn məlumatları formatında peşəkar yardım göstərəcək. Nəşrin məlumatına görə, tezliklə “Google” axtarış platformasında yeni funksiya meydana çıxacaq və istifadəçi potensial intihar fikirlərini göstərən sorğunu daxil etdikdə işə düşəcək.

Bu zaman istifadəçi sistemin yaxın adamlara göndərilməsini təklif etdiyi xüsusi mətn məlumatını görəcək. Dəqiqləşdirilir ki, şablon məlumatlar “Google” tərəfindən Beynəlxalq intiharların qarşısının alınması üzrə assosiasiya ilə tərəfdaşlıq çərçivəsində işlənib hazırlanıb. Məlumatların variantları “Google” artıq indi intiharla bağlı terminlərin axtarışı zamanı ekrana çıxardığı “Suicide & Crisis Lifeline” qaynar xətlərin telefonları altında görünəcək.

Şirkət düşünüb ki, məlumatlar böhran vəziyyətində olan adamları etimad göstərdiklərinə müraciət etməyə sövq etməlidir.  Bundan başqa, hər bir məlumatın altında mətni qohumlara və ya dostlara mesencerdə tez bir zamanda göndərmək üçün düymə olacaq. “İnsan həssas vəziyyətdə olanda keçirdiyi hissləri sözlərlə ifadə etmək və yardım üçün məhz nə deməyi anlamaq ona çətin olur.

Əvvəlcədən yazılan şablon mətnlər isə yardım üçün müraciətlə bağlı yaranan çaşqınlığı azaldır və insanlara böhran məqamlarında dəstək almağa kömək edir”.

Bu barədə “Google” platformasının istehlak və psixi sağlamlıq məsələləri üzrə direktoru Meqan Con Bell bəyan edib. Hazırki mərhələdə platforma yeni funksiyanın işini yalnız mobil qurğularda nümayiş etdirib.

Lakin “Google” platformasının nümayəndəsi Ned Eriansın sözlərinə görə, gələcəkdə stasionar kompüterlərdə də köməkçi meydana çıxacaq.

moderator.az

Faydalı linklər