Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


21 iyun 2023-cü il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Bilal Telman lu Bilalov “Qrənd Sobolev fəzalarında 2m tərtib elliptik tənlik üçün Dirixle məsələsinin fredholmluğu haqqında” mövzusunda məruzə ilə çıxış edəcəkdir.

Məruzədə kifayət qədər hamar ∂Ω sərhədinə malik Ω⊂Rn  oblastında baş hissəsinin əmsalları kəsilməz olan  2m tərtib müntəzəm elliptik tənliyə baxılmışdır. Lp) (Ω), 1<p<+∞ Qrənd-Lebeq fəzasına baxılmşıdır.  Bu fəza separable fəza deyil. Bu səbəbdən Lp) (Ω) fəzasının sonsuz diferensiallanan funksiyaların sıx olduğu  separabel Np) (Ω) alt fəzası təyin olunmuşdur. Nq) (Ω) alt fəzasının doğurduğu 2m tərtib Sobolev mənada diferensiallanan funksiyaların Np)2m(Ω) qrənd Sobolev fəzası təyin olunmuşdur.  Bu tənlik üçün sərhədə qədər çauder tip qiymətləndirmə isbat olunmuşdur. Bu qiymətləndirmədən istifadə edərək aprior qiymətləndirmə alınmış və Np)2m(Ω) fəzasında baxılan 2m tərtib elliptik tənliyin fredholmluğu  isbat olunmuşdur. Həll dedikdə güclü həll başa düşülür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər