21/06/2023
21 iyun 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirildi. Seminarda “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Bilal Telman oğlu Bilalov “Qrənd Sobolev fəzalarında 2m tərtib elliptik tənlik üçün Dirixle məsələsinin fredholmluğu haqqında” mövzusunda məruzə ilə çıxış etdi.
Məruzədə kifayət qədər hamar ∂Ω sərhədinə malik Ω⊂Rn oblastında baş hissəsinin əmsalları kəsilməz olan 2m tərtib müntəzəm elliptik tənliyə baxılmışdır. Lp) (Ω), 1<p<+∞ Qrənd-Lebeq fəzasına baxılmşıdır. Bu fəza separable fəza deyil. Bu səbəbdən Lp) (Ω) fəzasının sonsuz diferensiallanan funksiyaların sıx olduğu separabel Np) (Ω) alt fəzası təyin olunmuşdur. Nq) (Ω) alt fəzasının doğurduğu 2m tərtib Sobolev mənada diferensiallanan funksiyaların Np)2m(Ω) qrənd Sobolev fəzası təyin olunmuşdur. Bu tənlik üçün sərhədə qədər çauder tip qiymətləndirmə isbat olunmuşdur. Bu qiymətləndirmədən istifadə edərək aprior qiymətləndirmə alınmış və Np)2m(Ω) fəzasında baxılan 2m tərtib elliptik tənliyin fredholmluğu isbat olunmuşdur. Həll dedikdə güclü həll başa düşülür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.