Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Böyük şirkət rəhbərlərinin 42%-i süni zəkanın insan sivilizasiyasını məhv edəcəyini düşünür


Böyük texnoloji şirkətlərin rəhbərləri arasında aparılmış sorğu nəticəsində məlum olub ki, rəhbərlərin 42%-i yaxın onilliklərdə süni zəkanın insan sivilizasiyasını məhv edəcəyi ehtimalına inanır. Aparılmış sorğuda biznesin müxtəlif sahələrindən olan 119 nəfər rəhbər iştirak edib. Onların arasında Walmart-ın CEO-su Doug McMillonCoca-Cola-nın CEO-su James QuincyXeroxZoom şirkətlərinin və o cümlədən əczaçılıq, media və istehsalat şirkətlərinin rəhbərləri olub.

Rəhbərlərin 34%-i qeyd edib ki, süni zəka artıq 10 ildən sonra insan sivilizasiyasını potensial olaraq məhv edə bilər. Rəhbərlərin 8%-nin fikrincə bu, 5 ildən sonra baş verə bilər. Onların 58%-i isə əmindir ki, bu cür ehtimal ümumiyyətlə heç zaman baş verməyəcək və onlar bu məsələdə narahat deyillər. Bununla yanaşı rəhbərlərin 42%-nin fikrincə süni zəka ilə bağlı potensial təhlükələr olduqca şişirdilib.

technote.az

Faydalı linklər