24/06/2023
Rusiyalı alimlər qan testi ilə beyin xərçəngini erkən mərhələdə müəyyən etməyi öyrəniblər.
Glioma – beyin şişinin ən ağır növlərindən biridir. Onu erkən mərhələdə müəyyən etmək və hətta simptomlar başlayandan sonra diaqnoz qoymaq çətindir. Bu tip xərçəng adətən şiş çıxarıldıqdan sonra aparılan histoloji müayinə ilə təsdiqlənə bilər.
Tomsk Dövlət Universitetinin alimləri isə qandakı biomarkerlərə əsaslanaraq bu xəstəliyi müəyyən etmək üçün yeni qeyri-invaziv üsul hazırlayıblar. Onlar bunun üçün Raman spektroskopiyasından istifadə ediblər. Bu üsul qanda şiş hüceyrələri tərəfindən ifraz olunan spesifik kimyəvi birləşmələri yüksək dəqiqliklə aşkar etməyə imkan verir.
Alimlərin sözlərinə görə, yeni ixtiradan gələcəkdə digər şişlərin aşkarlanmasında da istifadə etmək olar.