Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı çap olunub


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Zəngilan və Cəbrayıl rayonlarına səfərlərinə dair məlumat yer alıb.

Bundan əlavə, “Heydər Əliyev və Azərbaycan təbiəti”, “İqlim dəyişməsi və davamlı torpaq idarəetməsi” mövzusunda konfranslar, akademik İsa Həbibbəylinin Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun “Fəxri professoru” seçilməsi, AMEA Rəyasət Heyətinin iclası, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda ilk dəfə arxeoloji qazıntı mövsümünün açılışına həsr olunmuş başlanğıc konfransı, eləcə də “Qafqazın güclü ordusu”, “Mənəvi həmrəyliyimizi nümayiş etdirən bayram”, “Yeni dövrün çağırışlarına uyğun əhəmiyyətli tədqiqatlar” sərlövhəli məqalələr, yeni nəşrlər və s. informasiyalarla tanış ola bilərsiniz.

© Mənbə: www.science.az

Faydalı linklər