Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan Respublikası ETN Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalı “Clarivate” şirkəti tərəfindən İmpakt Faktor almışdır


“Clarivate” şirkətinin 2023-cü il Jurnalların İstinad Hesabatına (JCR – Journal Citation Reports) görə ingilis dilində nəşr edilən “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” (“Proceedings of the Institute of Mathematics and Mechanics”) jurnalı ilk dəfə olaraq İmpakt Faktor almışdır. Jurnalın son 2022-ci il üçün impact faktoru 1.1-ə bərabədir. Onun beş illik impakt faktoru 0.8-dir. Bundan əlavə qeyd edilməlidir ki, “Clarivate” şirkətinin yuxarıda adı çəkilən hesabatında jurnalın 2022-ci il üçün İstinad Göstəricisi (JCI – Journal Citation Indicator) yüksələrək 0.93-ə çatmışdır. Bu göstəriciyə görə Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalı hal-hazırda Web of Science ESCI bazasına daxil olan 482 jurnal arasında 107-ci yerdə qərarlaşır və onun kvartili Q1-dir (siyahıda ilk 25% jurnalın arasındadır).

Beləliklə, “Clarivate” şirkətinin son açıqlamasına görə Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalı Web of Science ESCI (Emerging Sources Citation Index) bazasına daxil olan Q1 kateqoriyalı, yüksək impakt faktorlu jurnal hesab edilir. Bu münasibətlə jurnalın redaksiya heyətini və Riyaziyyat və Mexanika İnstitutunun bütün əməkdaşlarını təbrik edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər