Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Hindistanda şirkət dəstək xidməti işçilərinin 90%-ni süni zəka çat-botu ilə əvəzləyib


Hindistanın Dukaan adlı şirkəti öz dəstək xidməti işçilərinin 90%-ni ixtisar edib və onların işlərini süni zəka əsaslı çat-bota həvalə edib. Nəticədə məlum olub ki, dəstək xidməti işçilərinin işlərini yerinə yetirən süni zəka əsaslı çat-bot prosesi daha effetiv şəkildə reallaşdırır. Bununla yanaşı onun istifadəsi daha ucuz başa gəlir. Qeyd etmək lazımdır ki, Dukaan müxtəlif internet mağazaların tez bir zamanda işə salınması üçün nəzərdə tutulmuş platformanı təklif edir

Şirkətin təsisçisi Suumit Shah bildirib ki, dəstək xidməti işçilərinin süni zəka əsaslı çat-bot ilə əvəz edilməsi öz növbəsində müştəriyə təqdim edilən ilk cavabın təqdim edilmə müddətini 1 dəqiqə 44 saniyədən sıfıra endirməyə imkan verib. Dəstək xidməti vasitəsilə həll edilən bu və ya digər problemin ortalama həll edilmə müddəti isə 2 saat 13 dəqiqədən 3 dəqiqə 12 saniyəyə enib. Şirkət öz müştərilərinin dəstəklərini təmin etmək üçün sərf etdiyi vəsaiti 85% aşağı sala bilib.

technote.az

Faydalı linklər