15/09/2023
15 sentyabr Azərbaycanda Bilik Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab lham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb. Elə həmin ildən etibarən 15 sentyabr Azərbaycanda Bilik Günü kimi qeyd olunmağa başlayıb.
Azərbaycanda dövlətin təhsilə diqqət və qayğısı bu sahənin ən inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə geniş imkan yaradıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar müntəzəm xarakter daşıyır. Bu gün Azərbaycanda təhsilə olan diqqət, Azərbaycan üçün təhsilin inkişafı prioritet sahələrdən biri hesab edilir.
Elm və Təhsil naziri Emin Əmrullayevin dediyinə görə, Azərbaycanda təhsil sistemi 2023-2024-cü tədris ilinə 2.1 milyon təhsilalanla və 300 min təhsil işçisi ilə başlayacaq. Təhsilalanların 220 mini məktəbəqədər, 1.6 milyonu ümumtəhsil, 33 mini peşə, 60 mini orta ixtisas, 220 mini isə ali təhsil müəssisələrindədir. Ümumilikdə 2.4 milyon insanı əhatə edən təhsil sistemində hər il ciddi dəyişikliklər gedir.
Həmçinin, 2023-2024-cü tədris ilində işğaldan azad olunmuş ərazilərdə 6 məktəb fəaliyyət göstərəcək. Həmin məktəblərdə ümumilikdə 780 şagird təhsil alacaq və onlara 94 müəllim dərs deyəcək.
Əziz müəllimlər, şagirdlər və valideynlər sizi 15 sentyabr – Bilik Günü münasibətilə ürəkdən təbrik edir, Sizlərə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayırıq.
Yeni tədris iliniz uğurlu olsun!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.