Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb


AMEA-nın Rəyasət Heyətinin 3 dildə fəaliyyət göstərən həftəlik mətbu orqanı olan “Elm” (“Наука”; “Science”) qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin xalqa müraciəti yer alıb.

Bundan əlavə, AMEA-da Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi – Türkiyə Cümhuriyyəti” və “Türkoloji sənətşünaslıq: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfranslar, akademik İsa Həbibbəylinin Monteneqroda Hüseyn Cavidin büstünü ziyarət etməsi, Naxçıvan Bölməsində Qərbi Azərbaycanla bağlı keçirilən konfrans, “Zəfər gününün başlanğıcı – 27 sentyabr”, “Özümüzə qayıdış günü”, “Yurd yerlərimiz haqqında düşüncələr”, “Görkəmli qafqazşünas alim” sərlövhəli məqalələr, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Bəxtiyar Siracovla müsahibə və digər informasiyalarla tanış ola bilərsiniz.

© Mənbə: www.science.az

Faydalı linklər