Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bu gündən “Nobel həftəsi” başlayır


Oktyabrın 2-dən “Nobel həftəsi” başlayır.

“Nobelprize.org” saytı istinadla xəbər verir ki, oktyabrın 2-də fiziologiya və tibb üzrə qalibin adı elan ediləcək. Oktyabrın 3-də fizika, 4-də kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.

Ədəbiyyat üzrə Nobel mükafatının sahibi oktyabrın 5-da bəlli olacaq. Oktyabrın 6-da sülh və nəhayət, oktyabrın 9-da iqtisadiyyat üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.

azertag.az

Faydalı linklər