Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru xüsusi diplom və medalı ilə təltif olunub


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin xüsusi diplomu və medalı ilə təltif olunub.

Alim bu mükafata istedadlı gənc alimlərin hazırlanmasında, dünya riyaziyyat tarixi sahəsində apardığı elmi fəaliyyətinə və bu elminin  inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.

Qeyd edək ki, Qazaxıstan Respublikasının Türküstan şəhərində Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin VII konqresi keçirilib. Konqresin işində dünyanın 23 ölkəsindən 450-dən çox riyaziyyatçı alim, o cümlədən Cənubi Koreyadan Nobel mükafatı laureatı iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər