Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alimlər ilk dəfə ildırımın istiqamətini dəyişiblər


Araşdırmaçılar elmdə bir ilk olaraq, güclü lazerdən istifadə edərək səmada ildırımın istiqamətini dəyişiblər. Bu inkişaf ildırım vurması nəticəsində yaranan yanğınların və ölümlərin qarşısını ala bilər.
Məlumata görə, güclü lazer ildırım xəttinə dəyməzdən əvvəl onu təqribən 60 metr kənara çıxara bilib.

Araşdırma  göstərir ki, lazerlər ABŞ-da hər il orta hesabla 43 nəfərin ölümünə səbəb olan və ev sahiblərinə 1 milyard ABŞ dolları sığorta xərclərinə başa gələn təhlükəli fırtınalardan qorunmaq üçün istifadə edilə bilər.

Yeni tapıntını  sınaqdan keçirmək üçün alimlər 3 tonluq lazeri İsveçrədəki 2000 metr yüksəklikdəki Santis dağının zirvəsinə gətirdilər.

Bu yer ona görə maraqlıdır ki, ildə ən azı 100 dəfə ildırım vurmasına səbəb olan  400 metrlik rabitə qülləsidir.

azvision.az

Faydalı linklər