11/10/2023
11 oktyabr 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi r.e.d., prof. Elşad Hətəm oğlu Eyvazov ”Spektral sürüşmə funksiyası və həyacanlanmış operatorun məxsusi ədədləri” mövzusunda məruzə edib.
Məruzədə müsbət yarımoxda kvadratı ilə cəmlənən funksiyalar fəzasında birölçülü sərbəst Hamiltonianların köməyi ilə iki müsbət öz-özünə qoşma operator qurulur. Bu operatorlardan istifadə edilərək fərqi birölçülü ranqa malik olan spektral mütləq kəsilməz olan məhdud öz-özünə qoşma operatorlar cütü qurulur. Bu cüt üçün M. G. Kreynin spektral sürüşmə funksiyası aşkar şəkildə tapılır. Həyacanlanmanın Hölder mənada A -hamar olmasına baxmayaraq, spektral sürüşmə funksiyasının birinci növ kəsilmə nöqtəsinin həyacanlanmış operatorun məxsusi ədədi olmadığı göstərilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.