01/04/2015
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclasda gündəlikdə duran məsələlər müzakirə edilib.
Şurada Riyaziyyat və Mexanika İnstitutunun 2-ci il əyani doktorantı Babək Kazbekovun qiyabi şöbəyə keçirilməsi və dissertant Aynur Qasımovanın ikinci elmi rəhbərinin təyin edilməsi məsələlərinə baxılıb.
Sonda “Riyazi analiz”, “Tətbiqi riyaziyyat”, “Qeyri-harmonik analiz” şöbələrinin birinci rüb üzrə elmi və elmi-təşkilatı fəaliyyəti haqqında hesabatları dinlənilib.