18/10/2023
18 oktyabr 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi Əliyev Bəhram Əli oğlu “İkinci tərtib elliptik diferensial-operator tənlik üçün bəzi sərhəd məsələləri haqqında” mövzusunda məruzə edib.
Məruzədə ikinci tərtib elliptik diferensial-operator tənlik üçün sərhəd şərtlərindən birinə xətti operator (məhdud, qeyri-məhdud) və ya spektral parametr daxil olan sərhəd məsələlərinə baxıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.