Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İnsan beyni 30 yaşdan sonra kiçilməyə başlayır


Bəs onu aktiv və iti saxlamaq üçün nə etməli?

Yaşlandıqca fiziki olaraq kiçilməyimiz heç kimə sirr deyil, ancaq beyninizin də kiçildiyini bilirdinizmi? Narahatlıq keçirməkdən əvvəl yaşa bağlı büzülmənin normal olmasını bilmək vacibdir. Ancaq beyin sağlamlığınızı qorumaq fikrindəsinizsə, onda aşağıdakıları bilməlisiniz:

Bir çox tədqiqatlar göstərir ki, beyin həcmi 30 və ya 40 yaşlarında dəyişməyə başlayır; Ancaq Klivlend Klinikasının Lou Ruvo Mərkəzinin nevroloqu Dr. Çarlz Bernik deyir ki, əsas dəyişikliklər 60 və ya 70 yaşlarda baş qaldırır, həm də narahatlıq yaradır.

“Biz bilirik ki, yaşla beyinin həcmi qabaqcadan proqnoz edilə biləcək şəkildə azalır. 40 yaşdan sonra beynin çəkisi hər on ildə 5% azalır. Bu, liflərin degenerasiyası, hüceyrələrin sayının azalması ilə bağlıdır.

Beyin nə üçün kiçilir?

Yaşla bağlı kiçilmə və ya atrofiya ilə bağlı kiçilmə arasında fərq var. Bernikin fikrincə,əgər görünən dəyişiklik yaşla bağlı gözlənilən dəyişiklikdən artıqdırsa, bu, beyindəki damar dəyişiklikləri və ya Alzheimer kimi bir problemlə birləşən prosesləri əks etdirə bilər.

“Normal yaşlanmaya görə beyin atrofiyasını izləmək üçün xüsusi metod olmasa da, əlamətləri yaddaş itkisi, problem həll etmək və ya söz tapmaqda çətinlik kimi zehni funksiyada dəyişiklikləri əhatə edir. Atrofiya isə yalnız yaddaşınızda və ya idrak funksiyanızda dəyişikliklər kimi simptomatik olduqda aşkar edilir. Bu simptomlar zamanı beyinin aparatlardan keçirilməsi vacibdir, – deyə Bernik izah edib. O bildirib ki, artıq müəyyən həcmlərin yaş üçün gözlənilən diapazondan kənarda olub-olmadığını müəyyən edə bilən avtomatlaşdırılmış alətlər də var.

Beyin sağlamlığınızı gücləndirməyin yolları

Normal yaşlanmaya görə beyinin kiçilməsinin qarşısını almaq olmasa da, bu prosesi bir qədər gecikdirmək, gələcəkdə Alzheimer kimi xəstəliklərlə qarşılaşmamaq üçün müəyyən addımlar atmaq mümkündür. Bu metodlara daimi məşqlər, Aralıq dənizi pəhrizi kimi antioksidanlarla zəngin pəhrizlər, zehni işlə məşğul olmaq, düzgün yuxu, siqaret çəkməmək, qan təzyiqi, xolesterin, diabetin idarə olunması və digər damar risk faktorlarına diqqət yetirmək aiddir. Bəzi mənbələr kreatin və omeqa-3 əlavələri kimi beyin sağlamlığı əlavələrinin kömək edə biləcəyini iddia etsə də, Bernik bunun hələ ki, “elmə qaranlıq olduğunu” deyir. “Bizim tövsiyəmiz düzgün bəslənməyə və pəhriz vasitəsilə vitamin və mineralların alınmasına diqqət yetirmək olardı”, -deyə o, bildirib. “Müxtəlif meyvə və tərəvəzlər, taxıllar və sağlam yağlardan ibarət balanslaşdırılmış pəhriz sizin ilk yanaşmanız olmalıdır. Yalnız müəyyən vitamin və ya minerallarda çatışmazlığınız varsa, əlavələrə baxmalısınız”, -deyərək mütəxəssis fikrini yekunlaşdırıb.

ikisahil.az

Faydalı linklər