Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun Əməkdaşları Gəzintidə


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri, dosent İradə Mirzəzadənin təşkilatçılığı  ilə 23 nəfər xanım əməkdaşı üçün Quba rayonuna 1 günlük gəzinti təşkil  edilib. 28 oktyabr 2023-cü il tarixində Azərbaycanın səfalı güşələrindən Quba rayonunda yerləşən “Cənnət bağı” istirahət mərkəzinə və şəhərin gəzməli-görməli yerlərinə  ekskursiya həyata keçirilmişdir. Gəzinti maraqlı anlar ilə yadda qalmış və  kollektiv xoş təəsuratla istirahət gününü başa vurmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər