Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı çap olunub


AMEA-nın Rəyasət Heyətinin 3 dildə fəaliyyət göstərən həftəlik mətbu orqanı olan “Elm” (“Наука”; “Science”) qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirakına dair məlumat yer alıb.

Bundan əlavə, AMEA-da “Əlyazma kitabı Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələr kontekstində” mövzusunda keçirilən beynəlxalq konfrans, “Cavidşünaslıq” elmi araşdırmalar toplusunun yeni cildlərinin təqdimat mərasimi, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş elmi konfrans, “Çağdaş Türkman ədəbiyyatı” mövzusunda elmi seminar, “Elmimizin Ziya Bünyadov zirvəsi”, “Şərəfli alim ömrünün səhifələri” sərlövhəli məqalələr, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru v.i.e., tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevlə müsahibə və digər informasiyalarla tanış ola bilərsiniz.

© Mənbə: www.science.az

Faydalı linklər