07/04/2015
Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin müdiri, f.-r.e.d., prof. Əkbər Əliyev 28 mart – 01 aprel 2015 ci il tarixlərində Moskva şəhərində Moskva Dövlət Universitetində elmi ezamiyyətdə olmuşdur. 30 mart 2015-ci ildə Moskva Dövlət Universitetin Hesablama Riyaziyyatı və Kibernetika fakültəsində akademik E.İ.Moiseyevin və prof. İ.S.Lomovun rəhbərlik etdiyi “Diferensial operatorların spektral nəzəriyyəsi və riyazi fizikanın aktual problemləri” adlı seminarda “Yarımxətti Kleyn-Qordon sistemi üçün qlobal həllərin varlığı” adlı məruzə ilə çıxış etmişdir.