Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyazi fizika tənlikləri”və“Tətbiqi riyaziyyat”şöbələrinin illik geniş hesabatlarının təqdimatı keçirildi


3 noyabr 2023 il tarixində Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasında daha iki elmi şöbənin hesabatı dinlənilib. Elmi Şuranın sədri, institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun sədrliyi ilə keçirilən iclasda “Riyazi fizika tənlikləri” və “Tətbiqi riyaziyyat” şöbələrinin illik geniş hesabatlarının təqdimatı keçirildi.

Riyazi fizika tənliklərişöbəsinin müdiri f-r.e.n. Əbdürrəhim Quliyev vəTətbiqi riyaziyyatşöbəsinin müdiri m.e.d. Elxan Abbasov şöbələri tərəfindən apardıqları tədqiqat işləri barədə və onların nəticələri, çap olunmuş elmi əsərlər, elmi müzakirələrdə və konfranslarda iştirak və s. barədə ətraflı məlumat verdilər.

Hesabatla bağlı elmi əməkdaşların maraqlı sualları və cavabları dinlənildi, geniş müzakirələr aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir

Faydalı linklər