Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin yeni sayında Zəfər Günü ilə bağlı məqalələr yer alıb


AMEA-nın Rəyasət Heyətinin 3 dildə fəaliyyət göstərən həftəlik mətbu orqanı olan “Elm” (“Наука”; “Science”) qəzetinin növbəti sayı çap olunub.

Qəzetin ilk səhifəsində 8 Noyabr – Zəfər Günü ilə bağlı poster yer alıb.

Bundan əlavə, Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş beynəlxalq elmi konfrans, Qərbi Azərbaycan toponimləri ilə bağlı keçirilən ictimai dinləmə, AMEA Rəyasət Heyətinin iclası, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Yeni müsavat” qəzetinə müsahibəsi, Zəfər günü münasibətilə AMEA-nın elmi müəssisə və təşkilatlarında keçirilən tədbirlər, görüşlər, “Elmin əsl dəyərini dərk edən, ondan millətin xeyrinə  istifadə edə bilmək qüdrətinə sahib olan Lider”, “8 Noyabr – Azərbaycan tarixinin qızıl səhifəsi”, “Azərbaycan bayrağı ölkəmizin hər yerində dalğalanır” sərlövhəli məqalələr, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru v.i.e., tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevlə müsahibə, yeni nəşrlər və digər informasiyalarla tanış ola bilərsiniz.

© Mənbə: www.science.az

Faydalı linklər