Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Maksimal funksiya və potensial tipli inteqralların dəyişən dərəcəli Morri fəzalarında tədqiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib


Aprelin 22-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Maksimal funksiya və potensial tipli inteqralların dəyişən dərəcəli Morri fəzalarında tədqiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Cavanşir Həsənov məruzə edib.

Məruzə Hardi-Littlvud maksimal funksiyası və potensial tipli inteqralların dəyişən dərəcəli Morri fəzalarında məhdudluğunun araşdırılmasına həsr olunub.